Kreml Ukrayna xüsusi xidmət orqanlarının Rusiya prezidenti Vladimir Putinə sui-qəsd cəhdi barədə məlumatlarla tanış deyil.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
“İndi bu cür müxtəlif “sarı uydurmalar” çoxdur. Bu, bütün bunlarla tanış olmaq üçün səbəb deyil”, - Kremlin sözçüsü bildirib.
Bundan əvvəl Almaniyanın “Bild” nəşri Ukrayna Təhlükəsizlik Xidmətinin aprelin 23-də Rusiya prezidentinə pilotsuz uçan aparatla hücum etməyi planlaşdırdığına dair məqalə dərc edib. Qeyd olunub ki, pilotsuz təyyarə dövlət başçısının gəlişinə dörd gün qalmış yeni salınan sənaye parkına getməli idi.