Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.
Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!