Milli Məclisdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) məruzəsinin dinlənilməsi başa çatıb.
APA-nın məlumatına görə, Ombudsman Səbinə Əliyeva məruzəni təqdim etdikdən sonra məruzə ətrafında müzakirələr aparılıb.
Deputatlar məruzə ilə bağlı fikirlərini səsləndiriblər.
Sonda məruzə səsə qoyularaq qəbul olunub.
***
11:36
Milli Məclisdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi dinlənilir.
APA-nın məlumatına görə, məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edir.