Obama Kamala Harrisə dəstək olaraq  məşhur rep mahnısını   səsləndirdi -VİDEO
23 oktyabr 2024 19:20 (UTC +04:00)

Obama Kamala Harrisə dəstək olaraq məşhur rep mahnısını səsləndirdi -VİDEO

ABŞ-ın keçmiş prezidenti Barak Obama Detroytda vitse-prezident Kamala Harrisin seçkiqabağı mitinqində gizli musiqi istedadını nümayiş etdirib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə,  Obama məşhur sənətçi Eminemin üslubunda rep ifa edərək tamaşaçıları təəccübləndirib.

Tədbirdə məşhur reper Eminem səhnədən Barak Obamanı elan edərək, qarşıdan gələn seçkilərin əhəmiyyətini vurğulayaraq seçiciləri öz hüquqlarını, xüsusilə söz azadlığını müdafiə etməyə çağırıb.

Eminem ABŞ-ın 44-cü prezidentini təqdim edərkən deyib: “Vitse-prezident Harris ölkəmiz üçün azad söz və digər mühüm hüquqların qorunduğu və dəstəkləndiyi bir gələcəyi müdafiə edir”.

Obama da öz növbəsində bu təqdimata yumorla cavab verib və Eminemin çıxışından sonra özünü yöndəmsiz hiss etdiyini qeyd edib. O, çıxışdan sonra özünü necə "reper kimi hiss etməli" olduğunu zarafat edib və bir az əsəbi olduğunu etiraf edib.

Daha sonra Obama yumoristik tərzdə Eminemin “Lose Yourself” əsərindən ən məşhur misralardan birini sitat gətirib:

"Əsəbidir, amma zahirən sakit və hazır görünür /To drop bombs, but he keeps on forgetting".

Çıxışının əsas mövzusuna keçən Obama, Donald Trampı tənqid edərək, respublikaçı namizədin keçirdiyi tədbirlərin birində məsələləri ciddi müzakirə etmək əvəzinə, tamaşaçıların suallarını cavablandırmaqdansa, 30 dəqiqə musiqi ifa etməyi üstün tutduğuna diqqət çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1299
avatar

Oxşar yazılar