Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, İranın molla rejiminə xidmət edən daha bir neçə dindar saxlanılıb.
Onlar - Masallı rayon sakinləri - Ziya Tahirov, Mahmudağa Ağayev, Şahin Bağırov və Mingəçevir şəhər sakini Dəyanət Süleymanovdur.
Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılan şəxslərin bəziləri həm də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.