MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçiləri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləyir.
Lent.az APA-ya istinadən xəbər verir ki, MDB PA müşahidəçiləri Səbail rayon 7 saylı seçki dairəsinin Dövlət İdarəçilik Akademiyasında yerləşən 2 saylı seçki məntəqəsində olub.
Səsvermə məntəqəsi açıldıqdan sonra MDB PA-nın müşahidəçilər missiyası burada yaradılan şəraitlə tanış olub.