Belarus prezidenti Aleksandr Lukaşenko belaruslu abituriyentlərin mərkəzləşdirilmiş sınaq imtahanı ilə bağlı problemlərə görə yata bilmədiyini etiraf edib.
Lent.az Belarus mediasına istinadla bildirir ki, siyasətçi bunu biologiya və təbabətin inteqrasiyası ilə bağlı məruzəni dinləyərkən deyib.
Onun sözlərinə görə, ölkədə ali məktəblərə qəbul imtahanlarının təşkili ilə bağlı yanaşmalar müəyyən edilməlidir.
“Bu problem məni hər zaman narahat edir. Düzünü desəm, bu imtahana görə yata bilmirəm, bu, universitetlər üçün ən yaxşı uşaqları seçərkən ehtiyac duyduğumuz səviyyəyə nə qədər uyğundur.
Açığı, mən gənclərimiz üçün qəbul imtahanlarının bu cür təşkilinə çox tənqidi yanaşıram. Amma mərkəzləşdirilmiş sınaq imtahanlarında biz bunu görürük, müsbət cəhətlər çoxdur.
Bu gün nə etməli? Bu suala cavab verməli olduğumuz son ildir”, - Lukaşenko vurğulayıb.