Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana səfəri gözlənilir.
Lent.az APA-ya istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Müəyyən məsələlər var ki, onlar vaxtaşırı müzakirə etmək lazımdır. Bu görüş yaxşı fürsət olacaq. Görüşlər zamanı həm ikitərəfli münasibətlər, həm də regional məsələlər müzakirə predmeti olacaq”, - XİN rəhbəri qeyd edib.