Kremlə hücumu  rusiyalı oliqarxlar   təşkil edib - İDDİA 
03 may 2023 22:59 (UTC +04:00)

Kremlə hücumu rusiyalı oliqarxlar təşkil edib - İDDİA 

Ukraynanın xalq deputatı David Araxamiya bildirib ki, Kremlə pilotsuz təyyarə ilə hücumun arxasında sanksiyalara məruz qalan rusiyalı oliqarxlar dayana bilər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, bu barədə Telegram kanalında məlumat verib.

“Kreml üzərində pilotsuz təyyarələrlə bağlı bir çox versiyalar var. Bir sıra insayderlərə əsaslanaraq şəxsi fikrimi bildirəcəyəm. Kremlə hücum Putin rejiminə görə sanksiyalara məruz qalan rus oliqarxlarının kollektiv sifarişi ilə həyata keçirilib. Bu, “incimiş klub”un ilk kollektiv oyunudur. Ümid edirəm ki, sonuncu deyil”, - o yazıb.

Xatırladaq ki, mayın 3-nə keçən gecə Rusiya prezidentinin iqamətgahına pilotsuz təyyarələr tərəfindən hücum edilib. Vladimir Putinin özü, təbliğatçıların fikrincə, başqa yerdə olduğu üçün ziyan çəkməyib.

Rusiyada bu hadisə planlaşdırılmış terror aktı və Putinə sui-qəsd kimi qiymətləndirilir. Onlar həmçinin bildiriblər ki, Kreml cavab tədbirləri görmək hüququnu özündə saxlayır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3933
avatar

Oxşar yazılar