İranın Bakıdakı səfirliyinin mədəniyyət müşaviri ofisi bağlandı
02 iyun 2023 12:17 (UTC +04:00)

İranın Bakıdakı səfirliyinin mədəniyyət müşaviri ofisi bağlandı

İranın Azərbaycandakı səfirliyi mədəniyyət müşaviri postunu ləğv edib.

Lent.az xəbər verir ki, bu barədə “MOUZE” teleqram kanalı diplomatik mənbələrdən məlumat əldə edib. 

Məlumata görə, İranın Bakıdakı səfirliyinin mədəniyyət müşaviri arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarıldıqdan sonra molla rejimi bu postu ləğv etmək qərarına gəlib. 

Müşavir ölkədən çıxarılandan sonra onun ofisi də qapadılıb.

Onu da bildirək ki, İran İslam Respublikasına məxsus Bakıda bir çox mülklər var.
 

# 2898
avatar

Sevinc Fərid

Oxşar yazılar