İran tərəfi Azərbaycan ərazisində “Kərimə dövləti”nin qurulması barədə çağırış edən iki azərbaycanlını ölkəmizə təhvil verməlidir.
Lent.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov bildirib.
Ceyhun Məmmədov deyib ki, islamın siyasiləşdirilməsi yönündə cəhdlərin də qarşısı qətiyyətlə alınmalıdır: “Bu düşüncədə olan insanlar məscidlərdən də uzaqlaşdırılmalıdır”.
Qeyd edək ki, “Hüseyniyun” Hərəkatının üzvləri Orxan Məmmədov və Tohid İbrahimbəylinin İranda saxlanılması barədə məlumatlar yayılıb.