İran Ermənistandan sonra Azərbaycandakı səfirini də dəyişir.
Lent.az xəbər verir ki, bu barədə Güney Azərbaycan Telegram kanalı yazıb.
Kanalın yazdığına görə, Tehran Bakıdakı hazırkı səfir Seyid Abbas Musəvidən o qədər də razı deyil.
Məlumata görə, Musəvini Müctəba Dəmirçulu əvəz edəcək.
M.Dəmirçulu Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində fəaliyyət göstərib. Hazırda Tehran XİN-də İdarə rəisi postundadır.