İlham Əliyev Trampa təşəkkür etdi
01 iyun 2026 14:04 (UTC +04:00)

İlham Əliyev Trampa təşəkkür etdi

0

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Lent.az xəbər verir ki, bununla bağlı Prezidentin sosial şəbəkə hesablarında paylaşım edilib.

ABŞ lideri öz şəxsi qeydi ilə müşayiət olunan “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişin icrasının dayandırılmasına dair memorandumu xatirə hədiyyəsi kimi, Azərbaycan dövlət başçısına göndərib.

Azərbaycan Prezidenti xoş sözlərinə görə Donald Trampa təşəkkür edib.

“Bu diqqətli və nəzakətli jesti yüksək qiymətləndirir və ona böyük ehtiramla yanaşıram”, - Prezident İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, ötən ilin avqust ayında ABŞ Prezidenti tərəfindən “Azadlığı müdafiə aktına” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib.

Xatırladaq ki, 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan edir.

Rəsmi Bakı Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfinin bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacağına ümidvar olduğunu bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar