Ermənistan Rusiyadan “boşanmaq” niyyətində deyil.
Lent.az-ın xəbərinə görə, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan 24news.am YouTube kanalına verdiyi şərhdə bildirib.

"Biz Rusiya Federasiyasından boşanmaq niyyətində deyilik və uşaqları bölməyi planlaşdırmırıq", - Simonyan vurğulayıb.
Onun sözlərinə görə, Moskva ilə Yerevan arasındakı mövcud mübahisələr siyasi prosesin bir hissəsidir və tərəflər bir-birinin baxışlarını müzakirə edirlər.