Düşmən dayanmır  -  Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədildi
15 avqust 2021 10:34 (UTC +04:00)

Düşmən dayanmır - Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədildi

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib.

Lent.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat daxil olub.

Belə ki, axşam saat 22:14 radələrində Xəlfəli yaşayış məntəqəsi yaxınlığına iki ədəd mülki avtomobilin yaxınlaşdığı müşahidə edilib. Həmin nəqliyyat vasitələrindən düşən silahlı şəxslər mövqelərimiz istiqamətində havaya atəş açaraq dərhal ərazini tərk ediblər. Bölmələrimiz tərəfindən müvafiq tədbir görülüb və bu barədə Rusiya sülhməramlılarının komandanlığına məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5754

Oxşar yazılar