Nazir müavini: “Azərbaycan və Aİ arasında əsas məsələlər razılaşdırılıb”
09 fevral 2020 14:08 (UTC +04:00)

Nazir müavini: “Azərbaycan və Aİ arasında əsas məsələlər razılaşdırılıb”


“Uzun müddətdir ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında imzalanacaq yeni saziş üzərində intensiv iş aparılır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib, saziş layihəsi ilə bağlı əsas məsələlər demək olar razılaşdırılıb.

“Saziş layihəsində razılaşdırılmamış bəzi məsələlər qalıb. Ticari-iqtisadi məsələlərə aid olan müddəalar dəqiqləşdirilməlidir. Bununla bağlı Azərbaycan hökuməti və Avropa Komissiyası arasında təmaslar davam etdiriləcək”, - deyə X. Xələfov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1462
avatar

Oxşar yazılar