“Bundan sonra Naxçıvan rahat nəfəs alacaq” - DEPUTAT
21 dekabr 2022 14:46 (UTC +04:00)

“Bundan sonra Naxçıvan rahat nəfəs alacaq” - DEPUTAT

“İlk növbədə Naxçıvan sakinlərini xilas günü münasibətilə təbrik edirəm. Cənab Prezidentə göstərdiyi prinsipial mövqeyə görə təşəkkür edirəm. DTX-nın rəhbərliyinə cinayətlərin, xəyanətlərin miqyasını açıb ortaya qoyduğu üçün minnətdaram”.

Lent.az xəbər verir ki, bunları “AzPolitika.info”-ya açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Naxçıvan MR Ali Məclsinin sədri Vasif Talıbovun istefasına münsasibət bildirərəkən deyib. “Bundan sonra Naxçıvan rahat nəfəs alacaq, inkişaf edəcək. Naxçıvanlılar tədricən ata yurdlarına dönəcək. Naxçıvanda qanunçuluğun bərpa olunması hər bir vətəndaşın arzusu idi. Əhali inhisarçılıqdan, bir nəfərin ağlasığmaz, düşüncəsiz qərarlarından xilas olub, dövlətçiliyimiz üçün böyük təhlükələrin qarşısı alınıb”, - partiya sədri əlavə edib.

Qüdrət Həsənquliyev hesab edir ki, V.Talıbovun istefası ilə dövlətin unitarlığı bərpa olunub. “Bundan sonra Konstitusiya islahatları olacaq, hakimiyyət bölgüsü təmin olunacaq. Hesab edirəm ki, etimaddan sui-istifadə edən, özünü toxunulmaz sayan digər yüksək vəzifəli şəxslər də bundan nəticə çıxarmalıdırlar. Onlar xalqı incitməməli, talançılıqla məşğul olmamalı, sadə insanları dövlətdən narazı salmamalıdırlar”, - millət vəkili vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2976
avatar

Oxşar yazılar