Azərbaycanlı yanğınsöndürənlərdən ibarət qrup Türkiyəyə çatıb.
APA-nın məlumatına görə, Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin ilk dəstəsi hazırda Türkiyənin Dalaman şəhərindədir.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib ki, Türkiyəyə göndərilən şəxsi heyətin sayı 100 nəfərdir.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev azərbaycanlı yanğınsöndürənlərin Türkiyəyə göndərilməsi ilə bağlı tapşırıq verib.
Həmidağa Məcidov