Azərbaycan Xarici İşlər Nazirliyi Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb.
Let.az-ın xəbərinə görə, bu barədə XİN-nin "Tvitter" səhifəsində paylaşım edilib.
Qeyd edilib ki, açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil: “Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağı təmin etməyə çağırırıq”.