Fransanın təxribatı gözlənildiyi kimi baş tutmayıb. Azərbaycan Fransadan göndərilən "humanitar yükü" Qarabağa buraxmayıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Yayılan fotolardan da görünür ki, Fransadan göndərilən “humanitar yüklü” 10 avtomobil iyulun 26-da sərhəddə gözləyən “Spayka” avtomobillərinin sırasına düzülüb.
Yada salaq ki, “Spayka” avtomobilləri Ermənistan tərəfindən Qarabağdakı erməni əhaliyə “yardım” üçün sərhədə gəlib, lakin Azərbaycanın razılığı olmadığı üçün həmin vaxtdan orada gözləyir.
Bu gün isə Paris şəhərinin meri Ann İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə İrəvandan "humanitar yüklə" dolu 10 maşın Laçın sərhədinə gəlib.
Azərbaycanın razılığı olmadan atlan bu addımın uğursuzluqla nəticələnəcəyi əvvəldən məlum idi. Çünki ermənipərəst merlərin bu əməllərinin təxribatdan başqa bir şey olmadığı hər kəsə məlumdur.