İranlı diplomatlar Azərbaycanı tərk edib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi İran səfirliyinin 4 diplomatı Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək ölkələrinə yola düşüblər.
Qeyd edək ki, aprelin 6-da İran səfirliyinin dörd əməkdaşı (Mirmahdi Mirsalampur, Şərif Qurbanəli, Purmərcan Varcovi, Hadı Moğadam, Əsgər Bahari Xoş Mənzər) Azərbaycan hökuməti tərəfindən “persona non grata” (arzuolunmaz şəxs) elan edilib. İran səfirliyindən həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.