Arayik Arutyunyan Azərbaycan vətəndaşı  olduğunu etiraf etdi
26 dekabr 2023 13:21 (UTC +04:00)

Arayik Arutyunyan Azərbaycan vətəndaşı olduğunu etiraf etdi

İşgəncələrə qarşı Azərbaycan Komitəsi Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində saxlanılan qondarma rejimin “rəhbər”ləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyana baş çəkiblər.

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədrinin müavini Elçin Şirinov Lent.az-a açıqlamasında bildirib ki, komitə sədri Tural Hüseynov, Hüquq şöbəsinin müdiri Rövşən Məmmədov və özü qondarma rejimin “rəhbər”ləri Arayik Arutyunyan, Ruben Vardanyan, David Manukyan və Lyova Mnatsakanyanla görüşüblər.

Saxlanılan şəxslər mövcud şəraitdən razı olduqlarını bildiriblər:

“Saxlanılan şəxslər onlar üçün vaxtaşırı gəzintinin təşkil olunduğunu, hər həftə ailə üzvləri ilə telefonla danışmaq üçün şərait yaradıldığını bildiriblər. Adları qeyd olunan şəxslər onlara heç bir ayrı-seçkiliyin edilmədiyini bildiriblər. Asudə vaxtlarında kitab oxuyurlar, Azərbaycanın televiziya kanallarına baxırlar. Biz ora daxil olanda Arayik Arutyunyan “İdman Azərbaycan” kanalına baxırdı. Arayik Arutyunyan bildirdi ki, o özünü Azərbaycan vətəndaşı sayır. Lakin Azərbaycan dilində başa düşsə də, ermənidilli məktəbdə təhsil aldığından azərbaycanca danışa bilmir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8148
avatar

Oxşar yazılar