Ağdaban faciəsinin şahidinin danışdığı DƏHŞƏTLƏR : sakit dinləmək olmur
07 aprel 2024 15:32 (UTC +04:00)

Ağdaban faciəsinin şahidinin danışdığı DƏHŞƏTLƏR: sakit dinləmək olmur

1992-ci ilin Aprelin 8-də, Ağdabanda törədilən faciədən bir müddət sonra ermənilər Ağdarənin Çapar yaşayış məntəqəsinə hücum etməyə hazırlaşırdılar.

Lent.az xəbər verir ki, bunu APA-ya Ağdaban sakini və soyqırım şahidi Tapdıq Bayramov deyib.

O vurğulayıb ki, həmin günü ağdabanlıların köməyinə gələnlər də ermənilər tərəfindən qətlə yetirilib:

“Ermənilərdən bir qrupu Ağdabanın yollarını mühasirəyə aldı. Çünki onlar bilirdilər ki, hadisədən xəbər tutanlar camaatın köməyinə gələcəklər. Elə də oldu. “Ural” maşını ilə 20 nəfərədək sakin kəndə gəlmək istəyərkən, onlara ermənilər tərəfindən atəş açıldı. Erməni quldurları əllərində olan bütün ağır silahlardan atəş açaraq köməyə gələnlərin çoxunu qətlə yetirdilər. Bir gün sonra şəhidləri toplamaq üçün həmin əraziyə getdik. Sağ qalanlar dərədən aşağı yuvarlanaq qaçmağa çalışıblar. Bəzilərini elə dərənin aşağısında şəhid etmişdilər. Minlərlə giliz var idi. Fıstıq ağacının dibindən kisələrlə giliz topladıq. Avtomatlarla, pulemyotlarla və hətta qumbaraatanlarla maşına atəş açmışdılar. Təpənin üstündə bir neçə “RPQ” mərmisi də var idi. Şəhidlərimizin nəşlərini yan yana düzmüşdürlər. Çox ağır günlər idi.”

Tapdıq Bayramov əlavə etdi ki, həmin hadisədən sonra qalan bir yol da bağlandı və kənd işğal edildi. 

 

# 2019
avatar

Oxşar yazılar