Bu gün ƏFV KOMİSSİYASI  toplandı: 700-dən çox... -YENİLƏNİB
03 aprel 2024 17:02 (UTC +04:00)

Bu gün ƏFV KOMİSSİYASI toplandı: 700-dən çox... -YENİLƏNİB

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya komissiyanın üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiya 700 dən çox müraciətə baxacaq: “Burda qadınlar, əcnəbilər, hərbi qulluqçular, yol-nəqliyyat hadisələri , ömürlük məhkumlar və s. bağlı müraciətlərə baxacaq. İlk iclasda 100-dən artıq müraciətə baxıldı. Gərgin və məhsuldar müzakirələr aparıldı”.

Rəşad Məcid deyib ki, növbəti iclas barədə məlumat veriləcək.

 

***

10:39

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.

Lent.az xəbər verir ki, saat 15:00-da başlayacaq iclasda Komissiyaya daxil olan müraciətlər araşdırılacaq.

Qeyd edək ki, 28 May – Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən növbəti humanist addım kimi Əfv Sərəncamının imzalanacağı gözlənilir.

# 3999
avatar

Oxşar yazılar