Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 15:56 (UTC +04:00)

Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI

İngiltərənin "Give me Sport" portalı hazırda dünyanın ən yaxşı oyunçularının siyahısını hazırlayıb.

Lent.az xəbər verir ki, siyahıda birinci yeri “Barselona”nın hücumçusu Lamin Yamal tutub.

Sonrakı yerləri Ousman Dembele (PSJ), Məhəmməd Salah (Liverpul), Kilian Mbappe (Real Madrid), Rafinha Diaz (Barselona), Harri Keyn (Bavariya), Robert Levandovski (Barselona), Vinisius (Real Madrid), Pedri (Barselona), Cude Bellinqem (Real Madrid) və Lionel Messi (İnter Mayami) tutur.

Ötən mövsüm Yamal klub səviyyəsində bütün turnirlərdə 55 oyunda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt-ın məlumatına görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar