Dünən Cud Bellinqemin 22 yaşı tamam olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Real”ın futbolçusunu sevgilisi Eşlin Kastro sosial şəbəkədə təbrik edərək cütlüyün ayrılması ilə bağlı söz-söhbətlərə son qoyub.
27 yaşlı Eşlin yazıb: "Ad günün mübarək? Mən səni çox sevirəm! Ən yaxşı rəqs və karaoke partnyoru! Həyatda tanıdığım ən düşüncəli, mehriban, çalışqan, inanılmaz insan. Sən bu dünyaya çox işıq gətirirsən".