Ermənilər Naxçıvanı atəşə tutdu
02 aprel 2024 08:55 (UTC +04:00)

Ermənilər Naxçıvanı atəşə tutdu

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqeləri atəşə tutulub.

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

# 2850
avatar

Oxşar yazılar