İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 17:23 (UTC +04:00)

İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?

İran parlamentində Azərbaycana qarşı təxribatlar davam edir. 

Lent.az İran mediasına istinadən xəbər verir ki, Tehrandan olan deputat Kamran Qəzənfəri qırmızı xəttləri aşaraq Azərbaycanı ikinci İsrail adlandırıb. 

Parlamentdə çıxışı zamanı o iddia edib ki, İsrail İrana hərbi hücum zamanı Azərbaycanla əməkdaşlıq edib.  

Azərbaycan və İran rəsmiləri tərəfindən bu kimi yalan məlumatlar dəfələrlə təkzib olunmasına baxmayaraq İslam respublikasında təmsil olunan ayrı-ayrı şəxslər yenidən bu dezinformasiyaları dövriyyəyə buraxırlar. 

Hətta İran prezidenti Məsud Pezeşkian da bir müddət əvvəl bu iddiaların yalan olduğunu deyərək təkzib etmişdi. Görünür İran hakimiyyətində bir idarəsizlik və prezidentə itaətsizlik var. Əks halda necə ola bilər ki, ölkənin prezidentinin təkzib etdiyi iddianı hansısa nazir, yaxud hansısa deputat yenidən səsləndirsin?!

İran hakimiyyəti Azərbaycanla münasibətlərinin yenidən pozulmasını istəmirsə, ilk növbədə düzgün siyasi idarəçilik ortaya qoymalıdır və yalan iddialar səsləndirən rəsmi şəxsləri cəzalandırmalıdır. Hətta mediada da buna nəzarət etməlidir. Əks təqdirdə cənub qonşumuzla münasibətlər düzəlməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar