Daha beş seçki məntəqəsində nəticələr etibarsız sayıldı
20 fevral 2020 19:01 (UTC +04:00)

Daha beş seçki məntəqəsində nəticələr etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən 57 saylı Kürdəmir Seçki Dairəsindən namizədliyi qeydə alınmış Rəşad Qəribovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü İlkin Şahbazov bildirib ki, deputatlığa namizəd müraciətində səsvermə günü səslərin sayılması prosesində pozuntuların olduğunu iddia edib: “Namizəd tərəfindən 18 protokol və bir neçə videogörüntü təqdim edilib. Baxış nəticəsində məlum olub ki, 16 protokol orijinal protokollarla eynilik təşkil edir. Burada da seçkinin nəticəsinə təsir edən hər hansı hal aşkarlanmayıb. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən 7, 18 və 33 saylı seçki məntəqələrində ciddi qanun pozuntuları aşkarlanıb. Ümumilikdə isə 5 məntəqədə pozuntular aşkar olundu. Bunlardan ikisi təqdim edilən 2 protokol əsasında müəyyən edilib. Təklif edirəm ki, 7, 18, 20, 27, 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri ləğv edilsin”.

MSK şikayəti müzakirəyə çıxarıb və 7, 18, 20, 27, 33 saylı seçki məntəqələrində  nəticələrin etibarsız sayılması ilə bağlı qərar qəbul edərək, şikayəti qismən təmin edib.

# 1409
avatar

Oxşar yazılar