Azərbaycanın apardığı Müqəddəs Müharibə - ŞƏRH
29 oktyabr 2020 15:30 (UTC +04:00)

Azərbaycanın apardığı Müqəddəs Müharibə - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-dən, hərbi əməliyyatlar başlayandan müxtəlif ölkələrin müxtəlif telekanallarına və informasiya agentliklərinə müsahibələr verib. Dövlətimizin başçısı hər müsahibəsində Azərbaycanın mövqeyini çox doğru, aydın şəkildə əsaslandırır, beynəlxalq ictimaiyyətə onu da çatdırır ki, torpaqlarımızın azad olunmasında həlledici rolu müzəffər Azərbaycan Ordusu oynayır. 

Heç kimə sirr deyil ki, Azərbaycan Ordusunun qısa müddətdə uğurlu əməliyyatı, torpaqları işğaldan azad etməsi, ordumuzun peşəkarlığı, müasir hərb strategiyasının tətbiqi və dünya hərb tarixinə yenilik gətirməsi (dronlar və müasir texnologiyalar), əldə edilmiş uğurlarının əsasında Prezident İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində apardığı məqsədyönlü siyasətin dayanır.


Münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyi – hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. İşğal altında olan bütün ərazilər azad olunmalı, Ermənistan ordusunu geri çəkməli və zəbt etdiyi torpaqlardan çıxmalı və məhz bundan sonra siyasi nizamlama prosesinə keçmək olar. Rəsmi İrəvan, necə deyərlər tərslik edəcəyi təqdirdə, ordumuz inamla “təmizləmə” əməliyyatını uğurla və sonacan davam etdirəcək.

Azərbaycan Prezidenti “İnterfaks” agentliiynə müsahibəsində də xüsusilə vurğuladı ki, Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bu bir ay ərzində azad olundu. Sitat: “Erməni tərəfinin təqribən 30 il ərzində işğal olunmuş torpaqlarda möhkəmləndirilmiş rayonlar yaratmasını nəzərə alsaq, orada bir neçə müdafiə xətti var idi. Ərazinin relyefi də erməni tərəfi üçün daha əlverişlidir, çünki ora dağlıq ərazidir və bizim hərbi qulluqçular əks-hücum əməliyyatlarını həyata keçirərkən həm mühəndis qurğularını, həm də dağlıq relyefi adlamalı olurdu. Buna görə də bütün bu amillər nəzərə alınmaqla, ölkəmizin ərazilərinin xeyli hissəsi bir ay ərzində azad edildi və bu, göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi”.

İndi bir sual da maraq doğurur: Bəs müharibə niyə məhz indi başladı? Söhbət ondan gedir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu günə kimi əldə olunmuş irəliləyişin üzərindən xətt çəkdi və öz hərəkətləri, bəyanatları ilə Ermənistana rəhbərlik etmiş şəxslərin heç birinin etmədiyi Azərbaycana qarşı təhqirlərə yol verdi. Onun açıqlamaları bir-birini tamamilə qarşılıqlı istisna edən qeyri-adekvatlıq palitrasıdır. Ermənistanın indiki rəhbərliyi danışıqlar prosesini mümkünsüz etdi və münaqişənin hərb yolu ilə həllindən başqa çıxış yolu qoymadı.

Amma müharibənin məhz indi başlamasına ən doğru cavabı Prezident İlham Əliyev verib. O, çıxışında qeyd edib ki, müharibənin başlaması üçün geosiyasi şərait yetişməli idi. Görünür, həmin əlverişli şərait formalaşdı və Ermənistanın başladığı növbəti avantüranın hesabı düzgün aparılmadığı üçün Tanrı uğuru ona cavab verən Azərbaycana bəxş etdi. Ermənistan planlarını həyata keçirə bilmədi, əksinə, əlində olanları da itirdi. 

Politoloq Nəzakət Məmmədovanın fikrincə, bu müharibə iyirmi birinci əsrin ən spesifik müharibələrdəndir, daha çox pilotsuz uçuş aparatlarından istifadə ilə müşayiət olunur. “Bu da ənənəvi döyüş vasitələrindən fərqlənir. Azərbaycan modern silahlarla işğalçını xeyli dərəcədə zəiflədə bildi. Artıq Azərbaycanın uğurlu təcrübəsi dünya tərəfindən öyrənilir, bəzi ölkələrin gələcəkdə bu qüvvə və vasitələrdən istifadə edəcəyi inandırıcı görünür. Təbii ki, Azərbaycanın mövqeyi hüquqa əsaslanır, Azərbaycan hətta öz hüquqlarından hələ tam şəkildə ifadə etmir, hansı ki, lazım gələrsə, onlardan da istifadə edə bilər. Prezident haqlı olaraq qeyd edib ki, biz BMT qətnamələrini icra etmişik. Azərbaycanın güclü ordusu olduğu halda nə üçün bura sülhməramlı adı altında xarici qoşunlar gəlməlidir?! Azərbaycan xalqı, ordumuz ərazilərimizi işğaldan azad edərək ona nəzarət etməyə qadirdir. Bizə heç bir sülhməramlı lazım deyil. Öz torpaqlarımızı özümüz azad edib qorumağa qadirik. NATO-nun ikinci ən böyük ordusu bizi dəstəkləməyə hazırdır, bundan o tərəfə bizə heç bir ölkənin qoşunu lazım deyil”. 

Hamıya məlumdur ki, hazırda hərbi əməliyyatlarda Ermənistan böyük miqdarda hərbçi və texnika itkisi verib. Məhv edilmiş hərbi texnikanın statistikası canlı itki haqqında da ciddi nəticə çıxarmağa əsas verir.  Silahlı toqquşmanın xarakteri, mürəkkəb relyef və ermənilərin 30 il ərzində qurduqları istehkamlar nəzərə alınarsa, Azərbaycan ordusunun itkiləri minimaldır.

Əldə olunmuş üç atəşkəs razılaşması Ermənistan tərəfindən pozulub, Azərbaycanın yaşayış məntəqələri raket atəşinə tutulub, dinc əhali qətlə yetirilib, vətəndaşların mülkiyyətinə, infrastruktura ciddi ziyan yetirilib. Müharibəni də, şərəf və ləyaqətlə  apararlar. Amma məlum olur ki,  Ermənistanın hərbi-siyasi rəhbərliyində əxlaq normaları, şərəf, ləyaqət, heç bir qayda yoxdur. Bir ölkə ki, öz əsgərinin döyüş meydanında qalan meyitlərini götürməkdən imtina edə...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1024
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar