AKP sözçüsü: "Türkiyənin danışıqlar masasında olmasından doğru yol yoxdur"
13 oktyabr 2020 19:47 (UTC +04:00)

AKP sözçüsü: "Türkiyənin danışıqlar masasında olmasından doğru yol yoxdur"

“Cənab İlham Əliyevin məsələyə bu şəkildə yanaşması diplomatik bazaya söykənən səmimiyyətini sübut etməkdədir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik jurnalistin “Azərbaycanla Ermənistan arasında yaşanan savaşa Türkiyənin diplomatik yolla müdaxiləsi mümkün ola bilərmi?” sualını cavablandırarkən belə deyib.

AKP sözçüsü qeyd edib ki, Türkiyə bu problemin həllinə diplomatik yolla da önəmli dəstək verə biləcək gücə sahibdir: “Türkiyə siyasi baxımdan hər zaman haqlının yanında olduğuna görə, hətta uzaq coğrafiyada olan ölkələrdən belə danışıqlar masasına dəvət edilir. Bu məsələdə də təbii ki, azərbaycanlı qardaşlarımız haqlı olaraq Türkiyədən dəstək gözləyirlər. Bu məsələnin anlamlı bir müstəvidə həllini istəyənlərin Türkiyənin danışıqlar masasında olmasını arzu etməsi lazımdır. Minsk Qrupunun bu formatının dəyişib, dəyişməyəcəyi ilə bağlı bəzi açıqlamalar var. Bu format hər zaman dəyişə bilər. Məsələ müsbət nəticə əldə etməkdir ki, bunun üçün isə Türkiyənin danışıqlar masasında olmasından doğru yol yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775
avatar

Oxşar yazılar