44 günlük müharibədə Ermənistan ordusundakı fərarilərin sayı AÇIQLANDI
04 aprel 2023 19:29 (UTC +04:00)

44 günlük müharibədə Ermənistan ordusundakı fərarilərin sayı AÇIQLANDI

44 günlük müharibə zamanı Ermənistan ordusundan fərarilik edən hərbçilərin sayı bəlkə də 11 mindən çoxdur.

Lent.az Sputnik-Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koçaryan Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın müharibədə 11 min hərbçinin fərarilik etməsi ilə bağlı çıxışına münasibət bildirərkən deyib.

“Qısa zamanda tələsik qismən səfərbərlik keçirilirdi və heç də hər kəs təyinat yerinə çatmırdı. Ora çatanlara isə həmişə hamını bir yerə yığmaq müəssər olmurdu. Bununla bağlı minlərlə cinayət işimiz var. Problem indi istintaq orqanlarında araşdırılır”, Koçaryan deyib.

O, Anna Akopyanın fərarilərin sayı barədə statistikanı haradan götürdüyünü bilmədiyini, lakin müharibəni araşdıran parlament komissiyasının fərari sayının 11 ya 12 min olduğunu araşdıracağını qeyd edib.

Komissiya sədri çağırışçıların əksər hallarda müvafiq hazırlıq olmadan döyüş bölgəsinə gətirildiyini və bunun tez-tez panikaya, həmçinin, digər neqativ hallara yol açdığını söyləyib. Koçaryan bunu illərlə çağırışçıların müvafiq hazırlıq proqramının olmaması ilə əlaqələndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2802
avatar

Oxşar yazılar