Qarabağa Suriya təhlükəsi
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması” İctimai Birliyi bəyanatla çıxış edib. İctimai Birlikdən Lent.az-a verilən məlumata görə, təşkilatın bəyanatında qeyd olunur ki, son vaxtlar Suriyadakı vəziyyətlə əlaqədar rejimə dəstək verən ermənilər baş verəcək hadisələrin qorxusundan ölkədən qaçır, Ermənistanda isə onların Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilməsi məsələsi müzakirə olunmaqdadır: “Verilən məlumatlara görə, onların Qarabağda yerləşdirilməsi üçün “Yenidən məskunlaşma üzrə İctimai Şura” yaratmaq və suriyalı ermənilərin işğal altındakı bölgələrdə düşərgə formasında məskunlaşdırılması təklifləri irəli sürülüb. Bütün Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının kəskin etirazına səbəb olmuş bu təşəbbüsləri qətiyyətlə pisləyirik”.
Bəyanatda həmçinin o da qeyd olunur ki, Dağlıq Qarabağ bölgəsində tarixən yaşamış azərbaycanlılar, Azərbaycan torpaqlarında erməni tərkibinin süni şəkildə artırılması təşəbbüslərini məqsədyönlü addım kimi qiymətləndirir: “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılacaq, bu ölkənin süni “məskunlaşdırma” və işğalçılıq siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcək.

609