Ermənilər bizimlə sərhədi möhkəmləndirirlər
04 avqust 2012 13:25 (UTC +04:00)

Ermənilər bizimlə sərhədi möhkəmləndirirlər

Bu barədə APA erməni saytlarına istinadən məlumat verib.

Məlumatda qeyd olunub ki, bu çərçivədə dövlət sərhədində yeni istehkamlar, mühəndis maneələri yaradılır, mövcud müdafiə mövqeləri gücləndirilir. Azərbaycan tərəfinin mane olmaması üçün işlər gecə saatlarında həyata keçirilir. Möhkəmləndirmə işlərinə Ermənistanın Müdafiə Nazirliyinin mühəndis-istehkam birlikləri, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti, həmçinin yaxınlıqdakı kəndlərdən işçilər və texnikalar cəlb olunub. Müdafiə naziri mütəmadi olaraq işlərin həyata keçirildiyi əraziyə gəlir: “Ərazidəki hərbçilərin verdikləri məlumata görə, təhlükəli zolaqlara yenidən minalar döşənir, hərəkəti əngəlləyən tor maneələr yaradılır, siqnal sistemləri qurulur. İyun ayında sərhəddə baş verənlər Ermənistan Müdafiə Nazirliyini bu sahəyə diqqəti artırmağa vadar edib».

Ermənistan kütləvi informasiya vasitələri reportajlarında Azərbaycanla həmsərhəd kəndlərin sakinlərinin iki aydan artıqdır təlaş içində yaşadıqlarını qeyd ediblər. Hərbi ekspertlərin sözlərinə görə, hərbi əməliyyatlar başlanacağı təqdirdə Azərbaycan tərəfi dövlət sərhədindən zərbələr endirməklə, Ermənistanı real təhlükə altında qoyacaq, Ermənistanın hərbi qüvvələrini parçalamaqla, Qarabağda hərbi əməliyyatların nəticələrini öz xeyrinə dəyişmiş olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar