İrandan keçərək Naxçıvana getmək üçün viza alacağıq
“Qoşulmayanlar Hərəkatının Tehranda keçiriləcək sammiti ərəfəsində İran İslam Respublikasının hökuməti viza rejimi tətbiq etmədiyi bütün ölkələrin vətəndaşları üçün müvəqqəti olaraq viza rejimi tətbiq edəcək”. APA-nın məlumatına görə, bu fikir İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumatda öz əksini tapıb.
Bu qərar sammitin keçiriləcəyi müddətdə lazımi təhlükəsizlik tədbirlərin görülməsi ilə əsaslandırılıb. Məlumatda bildirilir ki, qeyd olunan qərar 5 -31 avqust 2012-ci il tarixində bütün ölkələrin vətəndaşları üçün qüvvədə olacaqdır. Sammit başa çatdıqdan sonra əvvəlki vəziyyət bərpa olunacaq.
Səfirlik qeyd edir ki, bu təlimata əsasən, bütün xarici vətəndaşlar İran İslam Respublikasının ərazisinə daxil olmaq üçün bu ölkənin xaricdəki diplomatik nümayəndəliklərinə müraciət etməlidirlər.
Qeyd edək ki, blokada vəziyyətində olan Naxçıvana maşınla gedən Azərbaycan vətəndaşları İran ərazisindən keçməli olurdular. Yeni tətbiq olunan təlimata əsasən, İrandan keçməklə Naxçıvana gedən və eyni istiqamətdə geri qayıdan Azərbaycan vətəndaşları İranın Naxçıvandakı konsulluğundan və Bakıdakı diplomatik missiyadan viza almalı olacaqlar.

791