Diasporumuzun fəaliyyətinin gücləndirilməsinə həsr olunan Forum keçiriləcək
0
0
Avqustun 5-də Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda Forum işə başlayacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, forumun işində Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, dünyanın müxtəlif ölkələrində yaşayan 200-dək soydaşımızın iştirakı nəzərdə tutulub.
Forum çərçivəsində keçiriləcək görüşlərdə və müxtəlif panellər üzrə müzakirələrdə Rusiyada, Türkiyədə, Ukraynada, Gürcüstanda, ABŞ-da və digər ölkələrdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyası problemləri, bu ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılacaq, konkret təkliflər irəli sürüləcək.
Forum çərçivəsində həmçinin “Azərbaycan diasporu: ensiklopedik məlumat” toplusunun, “Dünya Azərbaycanlılarının III Qurultayı” kitab-diskinin təqdimatı, Azərbaycan incəsənət ustalarının çıxışı planlaşdırılıb. Qeyd edək ki, forum işini avqustun 7-də toplantının yekun sənədlərinin müzakirəsi ilə başa çatdıracaq.