İran Azərbaycana nota verdi
02 avqust 2012 18:31 (UTC +04:00)

İran Azərbaycana nota verdi

İran İslam Respublikası Azərbaycana nota verib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş notada qeyd olunur ki, cari ilin avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar avqustun 5-dən 31-dək Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunacaq.

Bu tarixdən sonra əvvəlki viza rejimi bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699

Oxşar yazılar