Elmar Məmmədyarov perulu nazirlə görüşüb - FOTO
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, J. Martinot ilk öncə ölkəsinin iqtisadiyyatı və ticarət əlaqələri barədə məlumat verib və Azərbaycanla iqtisadi münasibətlərin qurulmasında maraqlı olduqlarını bildirib. O, Azərbaycandan investisiya cəlb edilməsi üçün müvafiq imkanların yaradılmasına hazır olduqlarını bəyan edib. Nazir E. Məmmədyarov iki ölkə arasındakı iqtisadi əməkdaşlığın səviyyəsinin yüksəldilməsi və Azərbaycanla Peru arasında iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi üçün müxtəlif səviyyəli səfərlərin təşkilinin, biznes forumların keçirilməsinin əhəmiyyətini vurğulayıb: “Azərbaycanın energetika sahəsində müxtəlif materiklərdəki ölkələrlə, o cümlədən Latın Amerikası dövlətləri ilə əməkdaşlıq təcrübəsi var”.
Sonda E. Məmmədyarov perulu naziri ölkəmizə rəsmi səfərə dəvət edib. Öz növbəsində perulu Nazir dəvəti məmnuniyyətlə qəbul etmiş və iş adamlarından ibarət nümayəndə heyəti ilə ölkəmizə səfər etmək əzmində olduğunu bildirib.

519