Amerikalı konqresmendən bölünmüş Azərbaycanı birləşdirmək təklifi
Amerikalı konqresmen Dan Rohrabaher ABŞ dövlət katibi Hillari Klintona məktub göndərərək İranda yaşayan azərbaycanlıların müstəqillik mübarizəsini dəstəkləməyə çağırıb. Lent.az-ın xəbərinə görə, bununla bağlı konqresmenin rəsmi səhifəsində məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Rohrabaherin məktubu bir müddət öncə Azərbaycan və İsrail arasında hərbi əməkdaşlıq informasiyası ilə bağlıdır: “ABŞ üçün bu əməkdaşlığı dəstəkləmək məqsədəuyğun olardı. Çünki Tehran rejimi bizim kimi bu dövlətlərin də düşmənidir”.
Məktubda qeyd olunur ki, İranda müstəqil Azərbaycana nisbətdə təxminən 2 dəfə çox (əslində isə təxminən 4 dəfə çox – red.) azərbaycanlı yaşayır: “Onların vətəni razılıqları olmadan 1828-ci ildə İran və Rusiya arasında bölünüb. Azərbaycan Respublikası 1991-ci ildə SSRİ dağılandan sonra müstəqillik qazanıb. İndi İran azərbaycanlılarının da müstəqillik qazanmasının vaxtı çatıb”.
Konqresmen məktubunda onu da vurğulayır ki, azərbaycanlıların müstəqillik uğrunda qanuni mübarizəsinə dəstək vermək alicənab işdir: “Bu, İran tiranları üçün yeraltı nüvə bunkerlərinin bombalanmasından daha böyük təhlükədir”.

Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34