Azərbaycan prezidenti paytaxtda salınan yeni parkda görülən işlərlə tanış olub
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda həyata keçirilən tikinti və yaşıllaşdırma işləri barədə dövlət başçısına məlumat verib.
Ərazisi 25 min kvadratmetr olan parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılacağı vurğulanıb. Parkın qısa vaxt ərzində Bakı sakinlərinin istifadəsinə veriləcəyi bildirilib.
Həyata keçirilən tikinti-abadlıq işləri ilə yaxından tanış olan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

440