Mətbuat Şurasında amerikalı qonaq
01 avqust 2012 18:24 (UTC +04:00)

Mətbuat Şurasında amerikalı qonaq

Lent.az-ın məlumatına görə, MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun missiyası barədə məlumat verib. O bildirib ki, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsi istiqamətində fəaliyyət göstərən Şura başlıca olaraq vətəndaşlardan, ayrı-ayrı idarə, müəssisə və təşkilatlardan daxil olan şikayətləri araşdırır, buna uyğun olaraq qərar və rəylər çıxarır. Həmin sənədlərdə KİV-lərin peşə prinsiplərinə riayət edilməsi ilə bağlı müvafiq tövsiyələr yer alır. Şuranın qərar və rəyləri ictimai qınağa əsaslanır. ABŞ-ın Azərbaycandakı Səfirliyinin ölkəmizin media qurumları ilə daim sıx təmaslar saxladığını deyən Ə.Amaşov qarşılıqlı əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini vurğulayıb.

C. Stüart Bakıda olduğu müddətdə ilk vəzifəsinin Azərbaycanın KİV-ləri ilə tanışlıqdan ibarət olduğunu vurğulayıb. Səfirliyin ölkə mediası ilə münasibətlərindəki əməkdaşlıq ənənəsinin daha da gücləndirilməsi istiqamətində işlər görüləcəyini diqqətə çatdırıb. O, Mətbuat Şurası kimi qurumların dünya miqyasında medianın özünütənzimləməsi missiyasının reallaşmasında müstəsna rol oynadıqlarını bildirib. Bu baxımdan Azərbaycanda eyni adlı qurumun mövcudluğunu yüksək dəyərləndirib.

Görüşdə ABŞ Səfirliyi ilə Mətbuat Şurası arasındakı perspektiv əlaqələrə dair fikir mübadiləsi də aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar