İran azərbaycanlı jurnalistlərin vizasını niyə gecikdirir? - AÇIQLAMA
“Jurnalistlərin viza almaq üçün doldurduqları “mətbuat vizasının rəsmiləşdirilməsinə dair forma”lar İranın Xarici İşlər Nazirliyindədir. Güman edirəm ki, yaxın günlərdə cavab veriləcək”.
Bu sözləri Lent.az-ın əməkdaşı ilə söhbətində İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin əməkdaşı Bağır Səyyari bildirib.
Səyyari onu da qeyd edib ki, vizaların verilməsinin yubanması İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhraminin diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədardır. “Sabah jurnalistlərin səfəri ilə bağlı vizanın məsələsi ilə bir daha maraqlanacağıq”, - deyə o, bildirib.
Xatırladaq ki, İrana səfərə getmək istəyən azərbaycanlı jurnalistlərin iyulun 13-də “mətbuat vizasının rəsmiləşdirilməsinə dair forma”lar İranın Azərbaycandakı səfirliyinə təqdim ediblər.
Onu da qeyd edək ki, Azərbaycan jurnalistləri İranda həbs olunan azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacızadə) barədə ətraflı məlumat almaq üçün İrana getmək niyyətindədirlər. Bu təşəbbüsü Lent.az irəli sürüb. Lent.az-dan Səbuhi Məmmədli, APA-dan Ramil Məmmədli, “Salamnews”dan Fərdin İsazadə, “Yeni Müsavat”dan Fərahim İlqaroğlu, “Mərkəz.az” saytından Mahir Məmmədov, habelə müstəqil jurnalist Cəmil Məmmədlidən ibarət jurnalist heyəti İrana getmək üçün səfirliyə müraciət edib. “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, jurnalist Eynulla Fətullayev də bu təşəbbüsə qoşulub.

487