Azərbaycan Hindistan və İsrail ilə turizm sahəsinin inkişafında maraqlıdır
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistan və İsrailin ölkəmizdəki səfirləri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlcə nazir ölkəmizdə yeni akkreditə olunan Hindistanın Fövqəladə və Səlahiyyətli səfiri B.M. Vinod Kumar ilə görüşüb. Ölkələrimiz arasında mövcud olan dostluq ənənələrindən söhbət açan nazir, ikitərəfli mədəni təmasların daha da artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulayıb.
Daha sonra İsrailin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Mixail Lotemi diplomatik missiyasının sona çatması ilə əlaqədar qəbul edən Əbülfəs Qarayev səfirlə bir sıra məsələləri müzakirə edib.
Azərbaycan ilə İsrail arasında əməkdaşlığın vəziyyəti və perspektivlərindən danışılıb,
ikitərəfli münasibətlərin bütün sahələrdə, həmçinin mədəniyyət və turizm sahəsində inkişaf etməkdə olduğu bildirilib.
Daha sonra hər iki dövlət başçısının himayəsi ilə ölkələrimiz arasındakı münasibətlərin inkişaf dövrü keçirdiyi vurğulanıb, Ə.Qarayev qarşılıqlı səfərlərin təşkili və turizm sahəsində mübadilənin gücləndirilməsinin zəruriliyini qeyd edib.

565