Azərbaycan prezidenti Cəlilabadda bəzi obyektlərin açılışında iştirak edib - YENİLƏNİB
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, mərkəzin tikintisinə ötən il başlanılıb, inşaat işləri daxili imkanlar hesabına aparılıb. Mərkəzdə gənclər milli və müasir rəqslərin sirlərinə də dərindən yiyələnmək imkanı əldə edirlər. Burada üç inzibati otaq var. Ən müasir avadanlıqdan istifadə edilməklə kompüter kursları da yüksək səviyyədə tədris olunacaq. Fotostudiyada bu sənətin qədimdən indiyə qədərki tarixi dərindən öyrədiləcək. Bu dərnəkdə məşğul olanlar videoçəkilişlərin aparılmasını da öyrənəcəklər. Xarici dil studiyasında tədris linqvistik avadanlıq əsasında dörd dildə aparılacaq. Xalçaçılıq studiyasında gənclərimiz Azərbaycan xalçaçılıq məktəblərinin ənənələri ilə yaxından tanış olacaq və bu qədim sənətin sirlərinə yiyələnəcəklər. Muğam studiyasına da cəlilabadlı gənclər xüsusi maraq göstərirlər. Burada onlara məşhur xanəndələr və tanınmış bəstəkarlar haqqında geniş məlumat veriləcək, dünya mədəni irs siyahısında müstəsna yeri olan Azərbaycan muğamının incəlikləri tədris olunacaq.
Mərkəzdə yetkinlik yaşına çatan qızlar üçün “Gənc analar” studiyası fəaliyyət göstərəcək. Burada gənc analar Azərbaycan mətbəxi ilə yaxından tanış olacaq, gündəlik ev işlərini daha dərindən yerinə yetirmək üçün təcrübəli müəllimlərdən dərs alacaqlar. Mərkəzin orijinallığı ilə seçilən dərnəklərindən biri də moda studiyasıdır. Burada gənc xanımlara toxuma və tikiş sənəti barədə dolğun məlumat veriləcək, kəsmə, biçmə və tikmə ilə bağlı digər vərdişlər öyrədiləcək. Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Dövlət başçısı Cəlilabad Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış olub. Gənclər və idman nazirinin müavini İntiqam Babayev komplekslə bağlı Azərbaycan prezidentinə məlumat verib.
Bildirilib ki, ən müasir standartlara cavab verən bu idman qurğusu Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilib. İnşasına 2007-ci ildə başlanılan Cəlilabad Olimpiya İdman Kompleksinin ərazisi beş hektardır. Kompleksin qapalı idman salonunun sahəsi 1168 kvadratmetrdir. Burada 712 nəfər mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və idmanın digər növləri üzrə yarışlara baxa biləcək. Qapalı idman salonunda müxtəlif yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Salonun döşəməsi xüsusi texnologiya əsasında quraşdırılıb ki, bu da yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradır. İkinci mərtəbə də genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif iş otaqları və idman salonları yerləşir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Atıcılıq Federasiyasının quraşdırdığı pnevmatik tirdə Almaniya istehsalı olan avadanlıqdan istifadə olunub. Burada “Hörinq” şirkətinin texnologiyası əsasında atıcılıq növü üzrə idmançıların hazırlığı aparılır. İdman qurğusunda geniş trenajor salonu, tir otağı fəaliyyət göstərir. İdmanın on yeddi növü üzrə müxtəlif avadanlığın quraşdırıldığı kompleksdə arzu edənlər bilyard və stolüstü tennislə də məşğul ola bilərlər. Şahmat otağında 10 nəfərə bu qədim oyunun sirləri öyrədiləcək. Divarda quraşdırılan lövhə vasitəsilə gənclərə şahmatın incəlikləri tədris olunacaq. Bildirilib ki, beşzolaqlı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni 12,5 metrdir. Burada ən müasir nəmalma, havalandırma və istilik sistemi quraşdırılıb.
Prezidenti İlham Əliyev Cəlilabad şəhərinin mərkəzindəki istirahət parkında həyata keçirilən yenidənqurma işləri ilə tanış olub.
Burada 1941-1945-ci illər müharibəsində iştirak edən soydaşlarımızın xatirəsinə abidə kompleksi ucaldılıb. Azərbaycan prezidenti 1941-1945-ci illər müharibəsində iştirak edən soydaşlarımızın xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoyub.
Diqqətə çatdırılıb ki, parkda Cəlilabad sakinlərinin, o cümlədən veteranların hərtərəfli istirahəti üçün hər cür şərait yaradılıb. Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı tapşırıqlarını verib.
Azərbaycan prezidenti İlham Əliyev bu gün həmçinin Cəlilabad şəhərində yenidən qurulan Gənclər Parkında yaradılan şəraitlə və Bayraq Meydanı ilə tanış olub. Ölkə başçısına məlumat verilib ki, ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da gənclərlə iş sahəsində və onların istirahətinin səmərəli təşkili ilə bağlı əməli tədbirlər görülür. Prezident İlham Əliyevə bildirilib ki, Gənclər Parkı və burada yaradılmış Bayraq Meydanı Cəlilabadın mərkəzində, 50 metr yüksəklikdə daxili imkanlar hesabına inşa olunub. Kompleks Gənclər Parkı, Bayraq Meydanı, restoran və tikinti işləri davam etdirilən üçmərtəbəli, 30 yerlik oteldən ibarətdir. Diqqətə çatdırılıb ki, şəhərin ən yüksək nöqtəsində inşa olunan bayraq dirəyinin hündürlüyü 41, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Prezident İlham Əliyev Gənclər Parkında və Bayraq Meydanında yaradılan şəraiti yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.

624