DSX-nin Lənkəran sərhəd dəstəsi qarnizonunun açılışı olub
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyulun 31-də Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi qarnizonunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlət başçısı qarnizonda yaradılmış şəraitlə yaxından tanış olub. Azərbaycan prezidentinə Dövlət Sərhəd Xidmətinin digər hərbi hissələrində aparılan tikinti işlərinin layihələri barədə məlumat verilib. Prezident İlham Əliyev qarnizonun istifadəsində olan hərbi texnikaya da baxıb. Bildirilib ki, qarnizonun müasir hərbi texnika ilə təchiz olunması sərhəd mühafizəsinin yüksək səviyyədə həyata keçirilməsinə imkan verir.
Dövlət başçısı qarnizonda yaradılmış şəraiti yüksək qiymətləndirib.

729