Komitə sədri: “Udinlərə qarşı tarixi ədalətsizlik erməni irqçiliyinin bariz nümunəsdir”
30 iyul 2012 17:14 (UTC +04:00)

Komitə sədri: “Udinlərə qarşı tarixi ədalətsizlik erməni irqçiliyinin bariz nümunəsdir”

DQİDK-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, icma fəalları Dövlət Komitəsinin sədrinə kilsənin tarixi haqqında məlumat veriblər.

Qeyd edilib ki, 1723-cü ildə inşa olunmuş bu kilsə 1836-cı ildə “Rusiya müqəddəs Sinodu”nun xüsusi qərarı ilə erməni qriqorian kilsəsinin sərəncamına verilib. O, tarixdən etibarən udinlər etiraz əlaməti olaraq kilsəyə getməyiblər.

Görüş zamanı qeyd edilib ki, 2005-ci ildə ölkə prezidenti İlham Əliyevin Nic sakinləri ilə görüşdən sonra verdiyi tapşırığa əsasən alban tarixi dini abidələrinin bərpası başlanıb, tarixi, dini irslərinin bərpasına şərait yaratmaq məqsədilə Nicdə və Oğuzda Alban-Udi dini icmaları yaradılıb. Kilsədə aparılan təmir işləri ilə tanış olan E. İskəndərov bildirib ki, ermənilərin tarixi alban kilsəsinin həm arxivlərini, həm dini liturgiyasını, həm dini məbədlərini oğurlayıb mənimsəmələri, yaxud da məhv etmələri erməni millətçiliyinin, dini irqçiliyinin bariz nümunəsidir: “Onlar bütün dünyaya car çəkdikləri kimi yalnız müsəlman azərbaycanlılara qarşı deyil, digər xristian xalqlara, o cümlədən Qafqazın ən qədim xristianları olan udinlərə qarşı yönəlmiş dözümsüzlük və mədəni vandalizmdən belə çəkinməyiblər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar