Ümid Partiyası növbəti ümumrespublika müşavirəsi keçirib - FOTO
28 iyul 2012 15:43 (UTC +04:00)

Ümid Partiyası növbəti ümumrespublika müşavirəsi keçirib - FOTO

Lent.az-ın məlumatına görə, partiya Ali Məclisinin sədri Ənvər Ağazadənin rəhbərliyi ilə keçirilən müşavirədə rayon şöbələrinin məclis sədrləri iştirak edib. İlk olaraq iştirakçıları Ramazan ayı münasibəti ilə təbrik edən Ənvər Ağazadə rayon məclis sədrlərini daha fəal olmağa çağırıb: “Demokratiya istəyən xalqı seçkilərdə ətrafımıza yığmaq üçün daha fəal olmalıyıq. Onları demokratiya uğrunda mübarizə aparan elektorata çevirməliyik”.

Daha sonra yerlərdəki problemlər haqqında məlumat almaq üçün söz rayon məclis sədrlərinə verilib. Qeyd olunan məsələlərlə bağlı partiya sədrinin Təşkilat Məsələləri üzrə müavini Rəfail Tağızadə, Seçki və Təbliğat Məsələləri üzrə müavin Taleh Əliyev çıxış edib. Rəfail Tağızadə bildirib ki, qərargah problemi olan rayon şöbələrinin bu problemi tezliklə həll edilə bilər. Bunun üçün ilk növbədə rayon şöbələrinin aktiv fəaliyyəti olmalıdır ki, qərargahın olması zəruri tələbata çevrilsin. Ölkəmizdə və dünyada baş verən ictimai-siyasi hadisələri, demokratik dəyişiklikləri analiz edən Taleh Əliyev bu proseslərdə Ümid Partiyasının yeri və rolu haqqında müşavirə iştirakçılarına məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929

Oxşar yazılar