Orxan Kərimov Azərbaycan prezidentinə təşəkkür etdi
28 iyul 2012 12:17 (UTC +04:00)

Orxan Kərimov Azərbaycan prezidentinə təşəkkür etdi

Bu barədə APA-ya O. Kərimovun özü məlumat verib. O, müraciətində prezident İlham Əliyevə təşəkkür etdiyini deyib: “Mənə göstərdiyi diqqətə görə, prezident İlham Əliyevə təşəkkür etdim. Bilirsiniz ki, onun humanist addımı nəticəsində azadlığa buraxıldım və əməliyyat olundum. Dövlət başçısından həmçinin hazırda davam edən məhkəmə prosesini diqqətə saxlanmasını xahiş etmişəm”.

Qeyd edək ki, O. Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.

Onu da qeyd edək ki, prezident İlham Əliyevin göstərişi ilə ürək xəstəliyindən əziyyət çəkən O. Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri iyunun 21-də dəyişdirilib və o, müalicəyə göndərilib.

Orxan Kərimov şair Əli Kərimin oğludur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar