Avropalı professor “İRƏLİ”nin qonağı olub - FOTO
Azərbaycanda səfərdə olan Avropa Gənclər Parlamentinin Berlindəki Baş ofisinin idarə heyətinin üzvü, Kinqstone Universitetinin professoru Alan Flover “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olub. Mərkəzdən Lent.az-a verilən məlumata görə, professor “İRƏLİ” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova, “İRƏLİ”nin idarə heyətinin üzvləri Elsanə Babaşova, Azər Abdullayev və Cavid Osmanlı ilə görüşüb və birliyin fəaliyyəti ilə yaxından tanış olub. Görüşdə "İRƏLİ"nin beynəlxalq əlaqələrindən danışılıb və qeyd edilib ki, birliyin üzvləri mütəmadi olaraq xaricdə müxtəlif sferada keçirilən gənclərlə bağlı layihələrdə iştirak edərək ölkəmizi layiqincə təmsil edirlər.
Daha sonra qonaq “İRƏLİ” Yeni Media Akademiyasının iştirakçıları ilə görüşüb. Dr. Alan ilk olaraq Kinqstone universiteti haqqında məlumat verib. Universitetdə müxtəlif sahələr üzrə ixtisaslaşmanın mümkün olduğunu qeyd edib. Qonaq Avropa Gənclər Parlamentinin yaranma tarixi, fəaliyyəti haqqında məlumat verib və bildirib ki, təşkilat ciddi təhsil layihəsinə əsaslanır: “AGP-nin əsas məqsədi ətrafında birləşdirdiyi gənclərə Avropa metodologiyasını öyrətməkdir. Bu gün AGP gənclər arasında ideya mübadiləsini inkişaf etdirən, siyasi debatlar, mədəniyyətlərarası dialoqa əsaslanan ən böyük Avropa təşkilatlarından biridir. Parlamentə 16-25 yaşlı gənclər qoşula bilər. Bu təşkilat 36 Avropa təşkilatının birləşdiyi bir təşkilatdır ki, minlərlə gənc könüllülük fəaliyyətinin də fəal iştirakçılarıdır”.
Sonda qonaq tələbələrlə görüşdən razı qaldığını bildirib və xatirə şəkli çəkilib.

1020