Argentina prezidenti Azərbaycana dəvət edildi
27 iyul 2012 14:02 (UTC +04:00)

Argentina prezidenti Azərbaycana dəvət edildi

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Argentina prezidenti son illər iki ölkə arasında əməkdaşlığın dinamik inkişafından məmnun olduğunu qeyd edib və Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Elmar Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Argentina dövlət başçısına çatdırıb və Azərbaycan prezidenti tərəfindən argentinalı həmkarına ünvanlanmış Azərbaycan Respublikasına rəsmi səfərə dəvət məktubunu təqdim edib. Öz növbəsində Prezident Kirçner də salamlarını və xoş arzularını prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib və dəvəti məmnuniyyətlə qəbul etdiyini vurğulayıb.

Elmar Məmmədyarovun Argentinaya rəsmi səfəri çərçivəsində Buenos-Ayresin San Martin Sarayında Azərbaycan-Argentina Biznes Forumunun rəsmi açılış mərasimi də keçirilib. Hər iki tərəfdən 250-dən artıq iş adamının iştirak etdiyi forumda Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yahuar, daxili ticarət üzrə dövlət katibi Guillermo Moreno və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış ediblər. Forum çərçivəsində hər iki ölkənin iqtisadiyyatı və iki ölkə arasında potensial əməkdaşlıq imkanlarına dair təqdimatlar keçirilib və şirkətlərin nümayəndələri arasında işgüzar görüşlər təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar